Yüksək ixtisaslı heyət hərbi hissədə məşğələ keçirib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, ölkəmizə ağır texnika və yük avtomobillərinin idxalını həyata keçirən “Grand Motors” MMC-nin təlim keçmiş yüksək ixtisaslı heyəti tərəfindən hərbi hissədə məşğələ keçirilib.

Əlahiddə Ümumqoşun Ordudakı müxtəlif markalı buldozerlərin heyətləri ilə keçirilən məşğələdə əsas diqqət texnikanın istismarı qaydalarına və texniki qulluğun göstərilməsinə yönəldilib.

Məşğələ zamanı buldozer texnikalarında mühərrik yağlarından istifadə, texniki müayinə və akkumulyator batareyalarına qulluq qaydaları praktiki olaraq göstərilib.

Məşğələnin sonunda buldozerlərin heyətlərindən məqbullar götürülüb.

 

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: