Türkiyənin Anadolu agentliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) oktyabrın 15-də Bakıda keçiriləcək 7-ci Zirvə Görüşü barədə maraqlı infoqrafika hazırlayıb.
NUHÇIXAN xəbər verir ki, “Türk Şurasının liderləri Bakıda toplaşacaq” sərlövhəsi ilə təqdim olunan infoqrafika Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaranması, təşkilatın Bakı Zirvəsinin geniş və nüfuzlu tərkibi, bu görüş çərçivəsində nəzərdə tutulan digər tədbirlər barədə oxucuları müfəssəl şəkildə məlumatlandırır.
Bundan başqa, 2009-cu il 3 oktyabr tarixli Naxçıvan Sazişinə əsasən Türk Şurasını təsis edən, təşkilata tamhüquqlu və məşvərətçi üzv olan ölkələrin bayraqları və xəritələri də infoqrafikada əksini tapıb.