Naxçıvan nümayəndəliyinin rəhbəri Latviya səfiri ilə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Latviya Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançslə görüşüb. Görüşdə iki ölkə arasındakı əlaqələr, Naxçıvan Muxtar Respublikası ilə mədəni, iqtisadi münasibətlərin inkişafı, rəsmi səfərlər, qarşıda duran və maraq doğuran bir sıra məsələlər barədə müzakirələr aparılıb.