Özbəkistanın milli informasiya agentliyi “Azərbaycanın fəxri və millətin Ulu Öndəri” sərlövhəli məqalə yayıb
Özbəkistanın UzA milli informasiya agentliyi ulu öndər Heydər Əliyev haqqında “Azərbaycanın fəxri və millətin Ulu Öndəri” sərlövhəli məqalə yayıb.
NUHÇIXAN xəbər verir ki, müəllif Şərafəddin Tulaqanov məqalədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verir.
Məqalədə xalqın tələbi ilə Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıtmasından, çətin vəziyyətdə ölkəni böhrandan çıxarmasından bəhs olunur. Həmçinin Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın dirçəldilməsi və inkişafı, neft strategiyasının reallaşması, ölkənin dünyada tanıdılması, ən nəhayət, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması haqqında söhbət açılır. Bildirilir ki, bu gün Heydər Əliyevin adı Azərbaycanda əziz tutulur. Azərbaycanda Heydər Əliyevin adına müxtəlif obyektlər var. Daşkənddə də Heydər Əliyev adına küçə və səfirliyin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi var.