Özbəkistan mətbuatı: Özbəkistanın Türk Şurasına üzv olması əlaqələrin daha da dərinləşməsinə təkan verəcək

A- A A+

Özbəkistanın “Xalq suzi”, “Narodnoe slovo”, “Pravda Vostoka” qəzetləri və digər KİV-ləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakı Sammiti və dövlət başçısı Şavkat Mirziyoyevin Azərbaycana səfəri barədə informasiyalar yayıb.

NUHÇIXAN xəbər verir ki, informasiyalarda Özbəkistanın Türk Şurasının tamhüquqlu üzv olmasının bu ölkələr arasında əlaqələrin daha da dərinləşməsinə təkan verəcəyi bildirilir. Qeyd edilir ki, bu, dövlətlərimizin və xalqlarımızın mənafeyinə uyğundur.

Yazılarda Azərbaycan və Özbəkistan prezidentlərinin görüşündə müzakirə olunan məsələlər barədə ətraflı məlumat verilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: