Türk Şurası Katibliyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə Türk Şurasının 10 illiyi münasibətilə “Türk Şurası: Naxçıvan müqaviləsinin 10 illiyi” adlı kitab buraxıb.
NUHÇIXAN xəbər verir ki, məhdud sayda və ingilis dilində buraxılan kitabda Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Azərbaycan Prezident İlham Əliyev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Macarıstan Baş Naziri Viktor Orbanın məqalələri yer alıb.
Həmçinin kitabda Türk Şurası baş katibi Bağdad Amrayev, Türk Şurasının digər institutlarının rəhbərlərinin və üzv ölkələrin beyin mərkəzlərinin rəhbərlərinin, o cümlədən BMTM-in sədri Fərid Şəfiyevin məqalələri dərc olunub. Kitab Bakıda keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Xarici İşlər nazirlərinin görüşü və Türk Şurasının VII sammiti çərçivəsində üzv ölkələrin başçılarına və hökumət nümayəndələrinə və Xarici İşlər nazirlərinə təqdim olunub.
Kitabın redaktorları Türk Şurasının layihə direktoru Ceyhun Şahverdiyev və BMTM-in şöbə müdiri Cavid Vəliyevdir.