Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü və Milli Müdafiə naziri, general-polkovnik Vey Fenxenin dəvəti ilə bu ölkəyə səfər edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, səfər çərçivəsində Müdafiə nazirinin Çin Xalq Respublikasının hərbi-siyasi rəhbərliyi ilə bir sıra görüşləri planlaşdırılır.