Paşinyanın saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu gün azərbaycanlı hakerlərdən ibarət "Anti-armenia Team" qrupu tərəfindən Ermənistan baş nazirinin rəsmi veb-saytına kiber-hücum əməliyyatı həyata keçirilib.

Hücum nəticəsində Nikol Paşinyanın rəsmi veb-saytına kənar müdaxilə uğurla nəticələnib, veb-saytın xəbərlər hissəsinə "Qarabağ Azərbaycandır və nida işarəsi!" başlıqlı xəbər yerləşdirilib, məzmununda isə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyada baş tutmuş "Valday 2019" forumundakı çıxışının video fraqmenti əlavə olunub.

Kiber-hücum əməliyyatı "Ferid23" və "LozariuS" kod adlı hakerlər tərəfindən həyata keçirilib.

Qeyd edək ki, "Anti-armenia Team" 19 oktyabr 2011-ci il tarixində bir qrup vətənpərvər azərbaycanlı hakerlər tərəfindən yaradılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: