Avstriyanın “Der Standard” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan məqalə dərc edilib

A- A A+

Avstriyanın nüfuzlu gündəlik “Der Standard” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş məqalə dərc edilib.

NUHÇIXAN xəbər verir ki, qəzetin xarici siyasət üzrə redaktoru Mixael Vosatka tərəfindən qələmə alınmış “Azərbaycan Demokratik Respublikasının 23 ayı” sərlövhəli məqalədə 100 il bundan öncə Azərbaycanda gənc dövlətin, müasir siyasi sistemin qurulduğu diqqətə çatdırılır. Qeyd edilir ki, maraqların toqquşma nöqtəsində yerləşən gənc dövlətin müstəqilliyi uzun sürmədi. Bununla belə, mövcud olduğu qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyətində həmin dövr üçün ən müasir siyasi sistemlərdən biri yaradıldı. Gənc dövlət təkcə demokratik və dünyəvi olmaqla kifayətlənmədi, demokratiyanın hamı üçün bərabər dərəcədə keçərli olması təmin edildi. Belə ki, qadınlara seçki hüququ tanıyan Azərbaycan təkcə müsəlman ölkələri arasında birinci olmadı, eyni zamanda, bütün dünyada bu cür müasir siyasi sistemə malik ilk ölkələrdən birinə çevrildi.

Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində çar Rusiyasındakı ictimai-siyasi ab-hava, Birinci Dünya müharibəsinin ardınca dünyada və regionda yaranmış yeni vəziyyətə, Cümhuriyyətin qurulmasından süqutunadək tarixi proseslərə nəzər salınıb. Məqalənin yekununda qeyd edilib ki, müasir Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı hesab edir və onun simvollarını daşıyır. Cümhuriyyət dövrünün bayraq, gerb və himn kimi atributları bərpa edilib və hazırda dövlətin əsas rəmzləridir.

Məqalədə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Prezident İlham Əliyev tərəfindən 600-dən artıq məhbusun əfv edilməsi kimi nəcib addım yüksək qiymətləndirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: