Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelkader Bensalahın Azərbaycan Respublikasına səfəri oktyabrın 26-da başa çatıb.
NUHÇIXAN xəbər verir ki, Prezident Abdelkader Bensalahı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola saldılar.