Mövlud Çavuşoğlu: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha çox səy göstərəcəyik

A- A A+

Türkiyə Xarici İşlər Nazirliyi və BMT-nin təşkilatçılığı ilə keçirilən 6-cı İstanbul Vasitəçilik Konfransının açılışından sonra jurnalistlərin suallarını cavablandıran Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara növbəti ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha çox səy göstərəcək.

NUHÇIXAN timeturk.com saytına istinadla xəbər verir ki, türkiyəli nazir deyib: “Biz Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş torpaqları probleminin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa Şurasının qərarları çərçivəsində həllinin tərəfdarıyıq və bu münaqişənin nizama salınması üçün növbəti ildə daha çox səy göstərəcəyik”.

“Sülh naminə vasitəçilik: Vəziyyətin qiymətləndirilməsi və gələcəyə baxış” mövzusunda çıxış edən Mövlud Çavuşoğlu bildirib ki, Ankara böyük Atatürkün “Yurdda sel, cahanda sülh” kəlamı əsasında öz fəaliyyətini dünyanın müxtəlif yerlərində münaqişələrin sülh və dialoq yolu ilə həll olunması istiqamətində davam etdirir. O, Türkiyənin qonşu Suriyada sülhün və sabitliyin bərqərar olması üçün Rusiya ilə birgə mühüm tədbirlər həyata keçirdiyini də xatırladıb.

Konfransda çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş də Suriya, İraq, Fələstin, Afrika ölkələri və dünyanın digər bölgələrində silahlı münaqişələrin həll, terrorizm bəlasının yox edilməsi üçün səylərin birləşdirilməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, BMT çərçivəsində fəaliyyət göstərən Vasitəçi Dostlar Qrupu bu məsələdə daha fəal olmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: