Snayper hazırlığı kursunu uğurla başa vuran məzunlara sertifikatlar verilib

141

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursunun uğurla başa çatması münasibətilə mərasim keçirilib.

Mərasimdə Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Tehran Mənsimov bildirib ki, Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təlimatçı qismində iştirak etdiyi kursda hədəfləri zərgər dəqiqliyi ilə məhv etməyi bacaran peşəkar snayperlər yetişdirilib.

Türkiyə Respublikası Silahlı Qüvvələrininhərbi qulluqçusu Abdullah Açık dostluq və qardaşlığı özündə əks etdirən kursda qazanılan nailiyyətlərdən danışıb.

Mərasimdə məzunlar adından çıxış edən kurs birincisi Rüfət Tağızadə ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hazır olduqlarını bildirib.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub və məzunlarla xatirə şəkli çəkdirilib.

 

 

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: