Daimi nümayəndəliyin rəhbəri bir sıra rəsmi tədbirlərdə iştirak edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəvətilə, "AzərKitab" Kitab Mərkəzi və Azərbaycan Rəssamlar İttifaqının nazirliklə birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Azərbaycan Respublikasının Xalq rəssamı Arif Hüseynovun "Kitab Qrafikası" fərdi Sərgisinin açılışında və "Arif Hüseynov-Qrafika" kitabının təqdimat mərasimində iştirak edib.

Bəxtiyar Əsgərov həmçinin Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançsın dəvətilə Avropa İttifaqının "Süd çayı" layihəsi çərçivəsində həyata keçirilən, Latviya Süd Komitəsinin İdarə Heyətinin sədri cənab Yanis Solks və bu ölkənin Qida və Baytarlıq Xidmətinin rəisi cənab Janis Balodisin iştirakı ilə Bakıda təşkil edilmiş Latviyanın süd məhsulları Sərgisində iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: