MDB təhlükəsizlik şuraları katiblərinin növbəti görüşü olacaq.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN–a bildiriblər ki, görüş noyabrın 22-də Moskvada reallaşacaq.
Görüşdə Mərkəzi-Orta Asiya regionunda təhlükəsizlik, MDB dövlətlərində dini radikalizmin yayılmasına qarşı mübarizə, MDB Antiterror Mərkəzinin fəaliyyəti və digər məsələlər müzakirə olunacaq.