NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Malaziyanın Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Dato Yubazlan Yusofla görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələr, xüsusilə, iqtisadiyyat və turizm sahələrində əməkdaşlıq imkanları, rəsmi səfərlər və digər məsələlər ətrafında müzakirələr aparılıb. Görüşdə Səfirliyin 1-ci Katibi xanım Azri Hazvani Abdulaziz da iştirak edib.