Noyabrın 22-də Milli Məclisin İnsan hüquqları komitəsində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında qanun layihəsi müzakirə olunur.
NUHÇIXAN xəbər verir ki, iclası Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova açıb.
Bahar Muradova bildirib ki, Ombudsman təsisatı müstəqillik tariximizdə əldə etdiyimiz ən böyük uğurlardan biridir. Qısa müddət ərzində bu təsisat böyük inkişaf yolu keçib. Azərbaycanın Ombudsman institutu özünün qabaqcıl təklifləri ilə seçilir. Digər ölkələrin bu sahədəki müsbət təcrübəsi ölkəmizə gətirilir. Bu isə ölkəmizin beynəlxalq əlaqələrinə də müsbət təsir göstərir. Azərbaycan Ombudsmanı bir sıra ölkələrdəkindən fərqli olaraq daha geniş səlahiyyətlərə malikdir. Bu amil ölkəmizdə insan hüquqları qorunması məsələsinə diqqətin göstəricisidir.