Mətin Yıldırım: Terrorçu Tehliryana Ermənistanda heykəlin qoyulması düşmənçilik ideologiyasının tərkib hissəsidir

A- A A+

Ermənilərin türklərə qarşı tükənməz nifrət bəsləməsinin əsl səbəbkarı bu ölkə tərəfindən aparılan düşmənçilik siyasətidir. Bu siyasətin davam etməsi və erməni millətçi dairələri tərəfindən dəstəklənməsi təhlükəli amildir.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında sosial elmlər üzrə ekspert, türkiyəli yazıçı Mətin Yıldırım ifadə edib.

Ekspert bildirib ki, Osmanlı dövlətinin baş naziri Tələt Paşanın qatili, terrorçu Soğoman Tehliryana Ermənistanda abidə ucaldılması bu düşmənçilik ideologiyasının tərkib hissəsi və davamıdır. Təhlükəli bir terrorçuya ucaldılan heykəlin quruluşunda Tələt Paşanın şəxsiyyətinin təhqir olunması insanlığa qarşı həqarətdir. Bu heykəl dərhal dağıdılmalıdır.

Qeyd edək ki, Osmanlı dövlətinin baş naziri Mehmet Tələt Paşanın qatili Soğoman Tehliryana Ermənistanın Şirak vilayətində heykəl ucaldılıb. 1921-ci ildə Tələt paşanı namərdcəsinə kürəyindən vuraraq qətlə yetirən erməni terrorçu S.Tehliryan bu ağır cinayətə görə Almaniyada həbs edilsə də, Berlin məhkəməsi qatil terrorçuya bəraət verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: