Azərbaycanın Qətərdəki səfirinin bu ölkənin “Əl-Ərəb” qəzetində müsahibəsi dərc olunub

A- A A+

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun Ramazan ayı münasibətilə bu ölkənin “Əl-Ərəb” qəzetində geniş müsahibəsi dərc olunub.

Səfirlikdən NUHÇIXAN-a bildiriblər ki, müsahibədə Ramazan ayı ilə bağlı ölkəmizdəki mövcud adət-ənənələrdən danışılıb. Azərbaycanın digər İslam ölkələri, o cümlədən Qətər ilə Ramazan ayına aid oxşar mənəvi dəyərləri bölüşdüyü diqqətə çatdırılıb. Ramazan ayında ölkəmizdə insanların xeyirxah işlərə can atması, imkansızlara yardım göstərilməsi, iftar süfrələrinin təşkili, qohumların ziyarət edilməsi kimi bir çox mənəvi dəyərlərin daha çox ön plana çıxdığı bildirilib.

Müsahibədə ölkəmizdəki mövcud olan yüksək dini və mədəni dözümlülük məsələlərinə toxunularaq, Azərbaycanın dünyanın ən tolerant ölkələrindən biri olduğu vurğulanıb. Həmçinin Ramazan ayının sülh, paylaşma, xeyirxahlıq və bərəkət ayı olduğu bildirilərək, bu mübarək ayın insanlara həmrəylik və dözümlülük ruhu aşıladığı diqqətə çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: