“1941-1942-ci illərdə Türkiyənin Ermənistana müdaxiləsi təhlükəsi yarananda Njde Hitler ilə yaxınlaşdı. O, növbəti soyqırımının qarşısını almaq istəyirdi”.
NUHÇIXAN xəbər verir ki, bədnam rusiyalı müəllif Mixail Veller bu yaxınlarda belə bir səfeh fikir söyləyib. Konstantin Zatulin kimi bəzi rusiyalı ictimaiyyətçilər isə neçə illərdir bu absurd tezisi təkrarlayır və deyilən sözün mahiyyəti barədə heç fikirləşmirlər. Onlar belə bir sadə həqiqəti anlamağa çətinlik çəkirlər ki, İkinci Dünya müharibəsi illərində “Ermənistanı Türkiyədən xilas etmək” üçün, ümumiyyətlə, Hitlerlə yox, SSRİ ilə yaxınlaşmaq lazım idi!!! Ona görə ki, Türkiyə “Ermənistana hücum etsəydi” (o vaxt Ermənistan ayrıca dövlət kimi mövcud deyildi), ilk növbədə SSRİ-yə hücum etmiş olar və Almaniyanın müttəfiqinə çevrilərdi. Belə bir şəraitdə Almaniya ilə necə ittifaq bağlamaq olardı?!
Belə çıxır ki, sənin qardaşını döyürlər, sən isə onu döyənin dostları ilə yaxınlaşırsan! Başınızı işlədin, cənab Veller və cənab Zatulin.
Belə çıxır ki, Njdeyə münasibətdə əks tərəfdə döyüşən marşal Baqramyan “soyqırımı istəyirmiş”? Zatulinin məntiqindən belə çıxır?
Ümumiyyətlə, bu “soyqırımı” mövzusu haradan çıxıb?! Bütün bu “türk” arqumenti lap yaxın vaxtlarda meydana çıxıb və onu, necə deyərlər, qondarıblar. Sadəcə olaraq neonasizmin Yerevandakı məddahları Hjdeyə haqq qazandırmaq üçün başqa bir vasitə tapmırlar (amma ona haqq qazandırmaq istəyirlər!) və çarəsizlikdən yenə “sevimli” Türkiyədən yapışırlar. Yaxşı ki, Türkiyə var – onlar özlərinin bütün bəlalarını onun üstünə yıxırlar.
Di gəl, bu zatulinlər anlamırlar ki, bu məntiqlə Banderaya və Vlasova da bəraət qazandırmaq olar. Kim mübahisə edəcək ki, onlar ukraynalıların və rusların qeydinə qalırdılar? Elə isə gəlin Hitlerə də haqq qazandıraq, axı o, almanların rifahının qeydinə qalırdı. Əgər Baltikyanı ölkələrdəki SS veteranlarından soruşsanız, onlar da deyəcəklər ki, öz xalqlarının bolşevizmdən və məhv olmaqdan xilas edirdilər. Zatulinlər bu keyslərdə nə üçün həmin tezisi tətbiq etmirlər? Siyasi konyunktur imkan vermir?
Ümumiyyətlə, erməni legionundan olan başkəsənlər Krımda və Şimali Qafqazda döyüşərkən, orada bu qədər sovet adamını məhv edərkən, həmin məkanda Türkiyəni görmüşdülərmi?
“Xanuma” tamaşasındakı Akop-can demişkən: “Eee, Kür hara, sənin evin hara!”. Krımda və Rostov ətrafında “erməni soyqırımı” törədən türkləri təsəvvürə gətirmək çətindir, amma Qaregin Njdenin dəstələri orada vəhşiliklər törədirdi.
Konstantin Fyodoroviç, özünüzü axmaq yerinə qoymayın. Axı siz çox yaşı bilirsiniz ki, Njdenin əsl məqsədi Ermənistanı sovetsizləşdirmək və onu SSRİ-dən ayırmaq idi! “Almaniyanın müttəfiqi” (və deməli, Njdenin özünün də müttəfiqi) olan Türkiyə və “soyqırımı” mövzusu yaxın vaxtlara qədər ümumiyyətlə gündəlikdə yox idi. Bunların hamısı Dro və Njde kimilər üçün bəraət arqumentləri paketi hazırlayan bugünkü siyasi texnoloqlar tərəfindən uydurulub.
Xatırladaq ki, bu il oktyabr ayında MDB-nin Türkmənistanda keçirilmiş zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB ərazisində faşistlərin qəhrəmanlar kimi qələmə verilməsi mövzusuna toxunub. O deyib ki, Ermənistanın əvvəlki hökuməti alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş faşist cəllad və satqın Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində heykəl qoyub.
Bu günlərdə Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edilmiş mərasimdə çıxış edən Azərbaycan dövlətinin başçısı Njdeyə Yerevanın mərkəzində ucaldılımış altı metr hündürlüyündə heykəlin sökülməsini tələb edib. Prezident İlham Əliyev deyib: “MDB məkanında faşistlərə abidələr qoyulmasına yol vermək olmaz. Bu, qəbuledilməzdir və həmin abidə sökülməlidir».
Görəsən, Yerevanda Azərbaycan dövlətinin başçısının çağırışına əməl edərək bu biabırçılıq ləkəsini yuyacaqlar, yoxsa tərsliyi davam etdirəcəklər? Bunu söyləmək çətindir. Çox güman ki, əməl etməyəcəklər, çünki o diyarda sağlam düşüncəyə az-az təsadüf olunur. Yeri gəlmişkən, rəsmi Yerevanın mövqeyini müalicəsi olmayan, ümidsiz bir hal hesab edərək, boşa vermək olardı. Burada daha çox heyrət doğuran - Banderanı və Vlasovu birmənalı şəkildə pisləyən, amma hitlerçi generallar Njde və Dronun qəhrəmanlar kimi qələmə verilməsinə susan Rusiya ziyalılarının mövqeyidir. Axı Njde və Dronun hansı yuvanın quşu olduqlarını Kremldə də, Smolensk meydanında da hamı çox gözəl bilir. Tarixçi Vyaçeslav Nikonov susur, halbuki Paşinyan onun babasını - İkinci Dünya müharibəsi illərində SSRİ Xarici İşlər naziri olmuş Vyaçeslav Mixayloviç Molotovu həyasızcasına nasistlərin əlaltıları ilə bərabər tutub (işə baxın, o, “Hitlerin əlini sıxıb”).
Rusiyalıların çoxunun ataları, babaları cəbhədə döyüşüblər. Dünənki sərsəri alverçi onların ölkəsində əks tərəfdə döyüşənlərə bu gün həyasızcasına haqq qazandırır, amma onlar susurlar. Məgər bu, təhqiramiz deyilmi?
Fikir verin, Rusiya telekanallarındakı tok-şouların aparıcıları hər dəfə birbaşa suallara yayğın cavab verirlər, yəni “biz tarixə yenidən nəzər salmağın əleyhinəyik”.
Bəs belə heykəllər açılanda, üstəlik, sizin studiyalarda bu hadisələrə hay-küylə haqq qazandırılanda nə üçün susursunuz?
Əgər siz belə susmaqda davam etsəniz, tezliklə Vovayeviç Moskvaya müraciət edəcək, Vladimir həbsxanasının məhbusuna ölümündən sonra bəraət verilməsini xahiş edəcək. Paşinyan Njdeni Soljenitsına bərabər tutur. Soljenitsına bəraət verildi ki... Deməli, ola bilsin, bir vaxt Njdeni də “günahsız cəfakeş” elan edəcəklər. Axı haçansa, lap çoxdan Yelena Gevorkovna Alixanyan-Bonnerin məsləhəti ilə onun əri akademik Saxarov Moskva metrosunda partlayış törətmiş Baqdasaryan, Zatikyan və Stepanyan soyadlı üç ermənini “cəfakeşlər” adlandırmışdı (deyilənə görə, arvadı Saxarovu döyə-döyə buna məcbur edib).
Buna görə də təəccüblənməyə dəyməyəcək.