Rusiyalı şair və diplomat Aleksandr Qriboyedovun Yerevandakı abidəsi təhqir edilib

A- A A+

Rusiyalı şair və diplomat Aleksandr Qriboyedovun Yerevandakı abidəsi təhqir edilib.

NUHÇIXAN xəbər verir ki, erməni millətçi Şant Arutünyanın oğlu Şaqen Arutünyan öz “Facebook” səhifəsində Aleksandr Qriboyedovun abidəsini qırmızı rəngə boyadığını və bu addımını Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq atdığını bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsi sökülüb. Bu lövhə sökülməzdən əvvəl isə Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: