Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusunun vəfat etməsi ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, hərbi qulluqçu kapitan Məlikzadə Abbas Saleh oğlu səhhətində problem yarandığından tibb məntəqəsinə müraciət edib. O, sanitar nəqliyyat vasitəsilə hərbi hospitala təxliyə edilərkən yolda keçinib.
Həkimlərin ilkin ehtimalına görə hərbi qulluqçu ürək çatışmazlığından vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.