Almaniya mətbuatı Serj Sarkisyana ittihamlar irəli sürülməsindən yazır

A- A A+

Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı xüsusilə iri məbləğdə maliyyə vəsaitinin mənimsənilməsi ittihamı irəli sürülüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Almaniya ictimaiyyətini “Deutsche Welle” agentliyi məlumatlandırıb. Agentliyin məlumatında deyilir ki, sabiq prezidentə qarşı irəli sürülən ittiham təsdiq edilərsə, onu əmlakı müsadirə edilməklə, yaxud edilməməklə dörd ildən səkkiz ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məlumatda o da vurğulanır ki, qətimkan tədbiri olaraq Sarkisyandan yaşayış yerini tərk etməmək barədə iltizam alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: