Daimi nümayəndəliyin rəhbəri rəsmi tədbirdə iştirak edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov və Naxçıvan Muxtar Respublikasının Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov Asiya İnkişaf Bankının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Nariman Mannapbekovun dəvəti ilə Azərbaycan və Asiya İnkişaf Bankı arasında əməkdaşlığın 20 illiyi münasibətilə Bakıda təşkil edilən rəsmi tədbirdə iştirak ediblər.