Hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı keçirilib

A- A A+

Xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində illik toplantı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, toplantıda idarə rəisi general-mayor Hüseyn Mahmudov hərbi attaşelərə və beynəlxalq təşkilatların nümayəndələrinə regiondakı hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Azərbaycan Ordusunda aparılan islahatlar, quruculuq işləri, hərbi-təhsil sistemi və bu sahədə əldə olunan nailiyyətlər, eləcə də beynəlxalq hərbi əməkdaşlığın prioritetləri və istiqamətləri, növbəti ildə planlaşdırılan fəaliyyətlər haqqında ətraflı məlumat verib.

Bakı Hərbi Attaşelər Assosiasiyasının duayeni, Çin Xalq Respublikasının hərbi attaşesi baş polkovnik Çjan Tsunqo toplantının keçirilməsinə görə həmkarları adından Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. O, səmərəli əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduqlarını vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: