Türkiyədə “Müstəqil Azərbaycan - Heydər Əliyev!” mövzusunda konfrans keçirilib - FOTOLAR

A- A A+

Türkiyənin Ərdəhan Universitetində (AU) “Müstəqil Azərbaycan - Heydər Əliyev!” mövzusunda konfrans keçirilib.

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın Qarsdakı Baş konsulluğu və Ərdəhan Universiteti tərəfindən birgə təşkil olunan mərasimdə rəsmi şəxslər və bu ali təhsil ocağının kollektivi iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndərin zəngin, mənalı həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.

Daha sonra baş konsul Nuru Quliyev və Ərdəhan Universitetinin rektoru, professor Mehmet Biberin çıxışları dinlənilib.

Çıxışlarında Ümummilli Liderimizin xilaskarlıq missiyasına geniş yer ayıran natiqlər dünya şöhrətli siyasi xadimin Azərbaycanın müstəqilliyinin qorunması, onun inkişaf istiqamətlərinin müəyyən edilməsi, həmçinin Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsi üçün gördüyü işlərdən danışıblar. Əminliklə ifadə olunub ki, qədirbilən Azərbaycan və Türkiyə xalqları əbədiyyətə qədər Heydər Əliyev şəxsiyyətini ehtiramla yad edəcəklər.

Tədbir bədii proqramla davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: