Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi hazırda Müdafiə Nazirliyinin fəaliyyət planına daxil deyil
Müdafiə Nazirliyinin mətbuat xidməti Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin mümkünlüyü barədə məlumatın bəzi yerli KİV-lər tərəfindən təhrif edilməsinə münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a daxil olan məlumatda qeyd edilib ki, çoxmillətli təlimlərin keçirilməsi barədə təklif ilk dəfə Türkiyə Baş Qərargahının ikinci rəisi general-polkovnik Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı səsləndirilib.
“Eyni zamanda, onu da qeyd edək ki, Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsi hazırda Azərbaycan Müdafiə Nazirliyinin yaxın perspektiv fəaliyyət planına daxil deyil”, - deyə məlumatda xüsusi vurğulanıb.