Misir mətbuatında dərc olunan məqalədə Ümummilli Liderin Azərbaycanın inkişafı istiqamətindəki xidmətlərindən bəhs edilib - FOTOLAR

A- A A+

Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı məqaləsi bu ölkənin nüfuzlu və geniş oxucu kütləsinə malik qəzetlərində işıqlandırılıb.

Səfirlikdən NUHÇIXAN-a bildiriblər ki, diplomat məqaləsində ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edib. Qeyd olunub ki, Ulu Öndərin müdrik siyasəti sayəsində ölkəmizin qısa müddət ərzində regionun aparıcı və ən güclü dövlətinə çevrilib, dünya dövlətləri sırasında layiqli yerini tutub. Ulu Öndərin bir çox sahələrdə olduğu kimi, müasir Azərbaycan diplomatiyasının da qurucusu olduğunu diqqətə çatdırılıb.

Səfir yazıda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub, 1990-cı illərin əvvəllərində ölkənin siyasi və iqtisadi böhran keçirdiyini xatırladıb, məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Ermənistan və Azərbaycan arasında atəşkəsin elan olunduğunu, ordu quruculuğu sahəsində mühüm addımların atıldığını, Azərbaycanın haqlı mövqeyinin dünya birliyi tərəfindən tanındığını vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: