“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib

A- A A+

“Rossiyskaya qazeta” nəşrində Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edilib.

NUHÇIXAN xəbər verir ki, qəzetdə görkəmli sovet dövlət xadimi və müstəqil Azərbaycanın dahi lideri Heydər Əliyev haqqında kitabın rusiyalı oxuculara təqdim edildiyi bildirilir. “Kitabın müəllifi, yazıçı və jurnalist Elmira Axundova on ildən artıq müddətdə materiallar toplayıb: Heydər Əliyevin uşaqlıq və gənclik dostları, doğmaları və yaxınları ilə söhbətlərin lent yazısı, tanınmış siyasət və dövlət xadimləri ilə müsahibələr, DTK-nin arxivlərində və Əliyevin şəxsi arxivində aparılan araşdırmalar. Əlbəttə ki, müəllifin əsərin qəhrəmanı ilə şəxsi tanışlığı və dostluğu kitaba emosionallıq və səmimilik verir”, -deyə məqalədə qeyd olunur.

Məqalədə müəllif Elmira Axundovanın, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçinin kitabın təqdimatında etdikləri çıxışlardan sitatlar gətirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: