Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

A- A A+

Dekabrın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən NUHÇIXAN-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2019-cu il 14 dekabr tarixli iclasının protokolu təsdiq edilib.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası və “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb, Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən partiyalar tərəfindən təqdim olunan şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilər və qarşıdan gələn 23 dekabr bələdiyyə seçkiləri ilə bağlı cari məsələlərə də baxılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: