2 saylı Şərur Seçki Dairəsi ölkə üzrə birincidir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycanda saat 12:00-dək ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb. Seçici fəallığının ən yüksək olduğu 2 saylı Şərur Seçki Dairəsidir. Burada 43 142 nəfərdən 11 907 nəfəri yaxud, 27.60 faiz səs verib.

Saat 12:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 47 saylı Mingəçevir Seçki Dairəsidir. Burada 37 732 nəfərdən 4 908 nəfəri yaxud, 13.01 faiz səs verib.

Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 12:00-dək olan seçici fəallığı 18.07 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 898 542 nəfəri səs verib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: