Dünya Azərbaycanlılarının Həmrəylik Günü Meksikada da qeyd olunub

A- A A+

Azərbaycanın Meksikadakı səfirliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə mərasim keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə Meksikada Azərbaycan icmasının üzvləri, ölkəmizin meksikalı dostları, həmçinin Türkiyə səfirliyinin nümayəndələri iştirak ediblər.

Ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov mərasimdə çıxış edərək bütün həmvətənlərimiz üçün birlik rəmzinə çevrilmiş bu bayramın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1991-ci ildə təsis edilməsindən sonra hər il dünyanın müxtəlif yerlərində qeyd olunduğunu bildirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gündən-günə gücləndiyi və beynəlxalq arenada nüfuzunun artdığını bildirən səfir ölkəmizdə uğurla keçirilən iqtisadi islahatlardan, Azərbaycan əhalisinin rifahının yaxşılaşmasına yönələn sosial proqramlardan danışıb, bütün bunların xaricdə yaşayan həmvətənlərimiz üçün də qürur mənbəyi olduğunu deyib. Diplomat, həmçinin ölkəmizin uzun illərdir Ermənistan təcavüzünə məruz qaldığını, bu barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda, erməni lobbisinin yalanlarını ifşa etməkdə Azərbaycanın xaricdəki diasporunun üzərinə vacib rol düşüyünü bildirib.

Sonra çıxış edən Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri, Əməkdar elm xadimi, professor Natiq Atakişiyev ölkə rəhbərliyinin bu sahəyə diqqət və qayğısı nəticəsində dünyada Azərbaycan diasporunun tədricən daha da fəallaşdığını qeyd edib. O, eyni zamanda, erməni lobbisinin kifayət qədər çoxsaylı olduğu Latın Amerikası regionunda həmvətənlərimizin sayının nisbətən az olmasına baxmayaraq, buradakı diasporumuzun fəallaşma imkanlarına toxunub.

Türkiyə səfirliyinin müşavir-elçisi Fikrət Türkeş çıxışında dünya azərbaycanlılarını bu əlamətdar gün münasibətilə təbrik edib, iki qardaş xalqın xaricdəki diasporlarının birgə fəaliyyətindən və əməkdaşlıq imkanlarından danışıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: