90 min qəhrəman türk əsgərinin şaxtada donub şəhid olduğu Sarıqamış faciəsi - FOTOLAR

“Buz adamlar” dərin ehtiramla anılır

A- A A+

Sarıqamış şəhidlərinin anma tədbirləri başlayıb.

NUHÇIXAN  xatırladır ki, Osmanlı dövləti Rusiya imperiyasının hərbi təcavüzünü dəf etmək məqsədilə 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 15-dək Türkiyənin şərqində Sarıqamış əməliyyatını həyata keçirib. Bölgədəki "Allahu-Əkbər” dağında şaxtalı hava şəraitində Osmanlı ordusunun çoxlu sayda hərbçisi dəhşətli şaxtadan donaraq və aclıqdan həlak olub. Türk xalqına sarsıdıcı zərbə olan bu faciə Osmanlı dövlətinin Birinci Dünya müharibəsində məğlub olmasının əsas səbəblərindən biri kimi qəbul edilir.

1914-cü ilin dekabr- 1915-ci ilin yanvar aylarında Ənvər paşanın komandanlığı ilə 125 minlik türk ordusu iliyə işləyən soyuğa baxmayaraq, strateji yüksəkliklərdən aşaraq plana əsasən iki istiqamətdən hücuma keçir. Onların arasında minlərlə azərbaycanlı könüllü də olur. Soydaşlarımız canı bir, qanı bir qardaşlarına köməyə getmişdilər. 
Lakin 40 dərəcəni keçən şaxtaya əsgərlər 15 saat davam gətirə bilirlər. Sarıqamışa doğru hərəkət edən 90 mindən çox mehmetcik donub şaxtalı çöllərdə buz adamlara çevrilir...

Sarıqamış Türkiyənin şərqində, Qars əyalətində yerləşən və o qədər də böyük olmayan bir qəsəbədir. Dağlıq ərazidə yerləşdiyindən buraların qışı çox şaxtalı keçir, ilin altı ayı qar olur, yayı isə qısa və sərin olur. 

Şanlı Türk ordusu bütün çətinliklərə baxmayaraq, 1920-ci ildə Sarıqamış torpaqlarını düşmən işğalından əbədi azad edib. Türkiyənin əsrarəngiz təbiətə malik Sarıqamış vilayətində indi geniş qış turizmi fəaliyyət göstərir.



 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: