Moldovanın səfiri Heydər Əliyevin abidəsini ziyarət edib - FOTOLAR
Muxtar respublikada səfərdə olan Moldovanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri George Leuka ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gələrək bura gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edib.
NUHÇIXAN xəbər verir ki, səfir Heydər Əliyev Muzeyi ilə də tanış olub.
Muzeydə qonağa məlumat verilib ki, qarşıdan gələn 15 İyun Milli Qurtuluş Günü məhz Ümummilli liderin adı ilə bağlıdır. Ulu öndərə həsr olunan kitablar qonağın xüsusi diqqətini çəkib. George Leuka eksponatlar arasında yer alan qərar və sərancamlara, dahi şəxsiyyətin gənclik illərində qazandığı yüksək təhsil nəticələrini əks etdirən sənədlərə böyük maraqla baxıb.
Sonra qonaq buradakı xatirə dəftərinə ürək sözlərini yazıb.
Gülməmməd Əliyev