Gürcüstanda geniş oxucu kütləsinə malik olan, gürcü, rus və ingilis dillərində fəaliyyət göstərən gruzinform.ge portalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının “Rossiya-24” televiziya kanalına müsahibəsini yayımlayıb.
NUHÇIXAN xəbər verir ki, AZƏRTAC-a istinadla yayımlanan müsahibədə dövlətimizin başçısının Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər və digər məsələlərlə bağlı suallara cavabları oxuculara olduğu kimi təqdim olunub.