Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb

A- A A+

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2020-ci il üçün birgə tədbirlər planı imzalanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, plana əsasən nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar bir sıra görüşlər keçiriləcək, eləcə də müxtəlif mövzularda məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: