DSX: Ermənistan silahlı bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədiblər
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədiblər.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən NUHÇIXAN-a bildiriblər ki, yanvarın 7-də saat 14:56 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən snayper tüfəngindən açılan atəş nəticəsində sərhədçi əsgər Fərzəliyev Fərzəli Əlimürsəl oğlu şəhid olub.
DSX rəisi general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli zabitlər hadisə yerindədirlər. Hazırda Hərbi Prokurorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.