Yanvarın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, əvvəlcə Komissiyanın yanvarın 2-də və 4-də keçirilmiş iclaslarının protokolları təsdiq olunub.
Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Maraqlı subyektlərin və səlahiyyətli nümayəndələrin iştirakı ilə müraciətlər komissiya üzvləri tərəfindən geniş müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda seçkilərlə bağlı cari məsələlərə də baxılıb.