XİN: Ermənistan törətdiyi bütün qanunazidd əməllərin cavabsız qalmayacağını dərk etməlidir

A- A A+

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yanvarın 7-də Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində açılan snayper atəşi nəticəsində sərhədçimiz Fərzalı Fərzəliyevin qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.

NUHÇIXAN xəbər verir ki, açıqlamada Ermənistan silahlı qüvvələrinin həm iki ölkənin dövlət sərhədində, həm də iki ölkə qoşunlarının təmas xəttində atəşkəsi davamlı şəkildə pozmasının, azərbaycanlı hərbi və mülki şəxsləri hədəfə almasının bu ölkənin sözdə beynəlxalq hüquq dəyərlərinə hörmətlə yanaşıb, münaqişəni sülh yolu ilə həll etmək çağırışlarının saxta olduğunu, Ermənistanın işğalçı və təcavüzkar siyasətini pərdələmək məqsədi güddüyünü növbəti dəfə açıq şəkildə göstərdiyi bildirilir. Vurğulanır ki, bu məqsədyönlü qəsdlə Ermənistan tərəfi bir daha açıq şəkildə təsdiq edir ki, məhz o, işğalçı ölkədir və Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı oyuncaq rejim arxasında gizlənmək cəhdləri tamamilə əsassızdır.

“Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cinayətin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir. Azərbaycan ərazilərini hərbi işğal edib, bu ərazilərdə etnik təmizləmə həyata keçirən, beynəlxalq hüququn fundamental prinsiplərini tapdalayan və mütəmadi əsasda atəşkəsi pozmaqla Azərbaycan hərbi və mülki şəxslərini hədəf alan Ermənistan tərəfi törətdiyi bütün cinayətlərin məsuliyyətini və bu qanunazidd əməllərinin cavabsız qalmayacağını dərk etməlidir”, - deyə açıqlamada bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: