Türkiyə məktəbliləri arasında Xocalı soyqırımı mövzusunda müsabiqə elan olunub

A- A A+

Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulluğunun dəstəyi ilə İğdırdakı məktəblərin şagirdləri arasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş hekayə, şeir, bədii kompozisiya və rəsm müsabiqəsi elan edilib.

Baş konsulluqdan NUHÇIXAN-a verilən məlumata görə, müsabiqə Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və İğdır Azərbaycan Evi Dərnəyi tərəfindən təşkil olunub. Hər il ənənəvi olaraq keçirilən müsabiqənin məqsədi məktəblərdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticələrini, eləcə də təcavüzkar dövlətin Türkiyəyə qarşı əsasız iddialara aid həqiqətləri şagirdlərə çatdırmaqdır.

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal müsabiqənin şərtlərini şərh edərək, bildirib ki, ənənəvi tədbir türkiyəli məktəblilərdə milli-vətənpərvərlik ruhunun yüksəlməsinə və onların tarixi biliklərinin artmasına böyük təsir göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: