Azərbaycan Prezidenti: Şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlər tikilməlidir

A- A A+

Şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlər tikilməlidir. Bu məsələ ilə bağlı mən Sizə göstəriş vermişəm. Əgər keçən il 934 mənzil verilmişdisə, bu il hesab edirəm ki, 1500 mənzil verilməlidir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə söyləyib.

“Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı müvafiq göstərişlər versinlər. Beləliklə, əgər biz buna nail olsaq, əminəm ki, buna nail olacağıq, onda növbədə cəmi 2000 ailə qalacaq. Onları da biz yaxın illərdə evlərlə təmin edəcəyik”, - deyə dövlətimizin başçısı bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: