Milli Məclisə seçkilərlə bağlı bir sıra proseslər sabah yekunlaşacaq

A- A A+

Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi müddəti yanvarın 15-də başa çatacaq.

NUHÇIXAN Secki-2020.az saytına istinadla xəbər verir ki, bu barədə Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planında qeyd olunur. Seçiciyə müvafiq dairə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi də yanvarın 15-də yekunlaşacaq.

Xatırladaq ki, bu prosesə 2019-cu ilin dekabrın 26-dan start verilmişdi. Eyni zamanda, yanvarın 15-də hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi də yekunlaşacaq. Seçki günü səsvermənin yeri və vaxtı barədə KİV-lər və məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi mərhələsi də sabah başa çatır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: