ABŞ konqresmeni 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat yayıb

A- A A+

ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü Pol Qosar 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanatla çıxış edib.

Ölkəmizin ABŞ-dakı səfirliyindən NUHÇIXAN-a bildiriblər ki, bəyanatda Azərbaycanda “Qara Yanvar” kimi yadda qalan faciənin 1990-cı ilin yanvar ayında baş verdiyi, o zamankı SSRİ rəhbərliyinin ölkəmizdə azadlığı boğmağa və Azərbaycan xalqına öz siyasi iradəsini yeritməyə cəhd göstərdiyi diqqətə çatdırılır. O vaxt Azərbaycan xalqının sovet əsarətindən təngə gəldiyi və onunla mübarizə əzmini nümayiş etdirdiyi bildirilir.

Qeyd olunur ki, Azərbaycan xalqının sülhpərəst azadlıq çağırışlarına sovet rəhbərliyi silah və tanklarla cavab verdi. Bunun nəticəsində 147 nəfər mülki şəxs qətlə yetirildi, yüzlərlə insanın yaralandı və həbs olundu. Sovet İttifaqında əvvəlki müstəqillik hərəkatlarına qarşı qəddarlıqlara rəğmən, azərbaycanlıların əzmkarlıq və qətiyyət nümayiş etdirdiyi, faciənin onlara qüvvə verdiyi və bu mübarizənin 1991-ci il avqustunda müstəqilliyə gətirib çıxardığı diqqətə çatdırılır. Bildirilir ki, müstəqilliyin elan edilməsindən sonra Azərbaycan regionda azadlıq mayakı rolunu oynadı, ABŞ-la dost və müttəfiq oldu.

Bəyanatda, həmçinin faciə zamanı həlak olanların xatirəsi yad edilir və Azərbaycan Respublikasının davamlı inkişafı qeyd olunur. Konqresin digər üzvləri də Qara Yanvarı yad etməyə çağırılır, Azərbaycanın müttəfiq rolu və azadlıq yolunda səyləri bir daha vurğulanır.

Bəyanatın mətni ilə bu linkdən tanış olmaq mümkündür:

https://www.congress.gov/116/crec/2020/01/09/CREC-2020-01-09-pt1-PgE22-5.pdf.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: