ATƏT uzunmüddətli müşahidə missiyasının siyahısını açıqlayıb

A- A A+

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəsmi internet səhifəsində fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərində seçki prosesini izləyəcək uzunmüddətli müşahidə missiyasının tərkibi açıqlanıb.

NUHÇIXAN Secki-2020.az saytına istinadla xəbər verir ki, 26 nəfərin yer aldığı siyahıda Rusiya, Türkiyə, Birləşmiş Krallıq, Fransa, Almaniya, İsveç, İsveçrə, Albaniya, Çexiya, Danimarka, İrlandiya, İtaliya, Niderland və Norveçdən nümayəndələr var.

Xatırladaq ki, ATƏT-in əsas müşahidə missiyası 12 nəfərdən ibarətdir. Seçki günü daha 350 qısa müddətli müşahidəçinin səsvermənin gedişatını izləyəcəyi bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: