Xaricdə təhsil alan azərbaycanlı gənclər 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı videoçarx hazırlayıblar - VİDEO

A- A A+

Türkiyədə və dünyanın digər ölkələrində təhsil alan azərbaycanlı gənclər 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı videoçarx hazırlayıblar.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan-Türkiyə Qardaşlıq və Həmrəylik Birliyinin təşəbbüsü ilə çəkilən videoçarxda azərbaycanlı tələbələrlə yanaşı, Türkiyə, İndoneziya, İran, İspaniya, Belarus, Polşa, Hollandiya, İtaliya, İsveç, Kipr, Fransa, ABŞ, Portuqaliya və digər ölkələrdə təhsil alan xarici gənclər də yer alıblar.

Türkiyənin 81 şəhərində və dünyanın 20-dən çox bölgəsində çəkilən videoçarxda 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycanın şəhid olmuş övladlarının adları dünyanın müxtəlif bölgələrində səsləndirilir, Bakıda və ətraf rayonlarda törədilən qətliamı əks etdirən kadrlar yer alır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: