Bu gün saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən və qatarlardan səs siqnalları verilib.
NUHÇIXAN xəbər verir ki, bu gün muxtar respublikanın bütün şəhər və rayonlarında 20 Yanvar hadisələri ilə bağlı anma mərasimləri keçirilir. Hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.
Naxçıvan şəhər ictimaiyyəti, yüz minlərlə sakin yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanlarını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.
Vətənin azadlığı, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaq.