Türkiyə KİV-ləri 20 Yanvar faciəsi ilə bağlı materiallar yayıb - FOTOLAR
İyirmi Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimin aparıcı KİV-lərdə müsahibə və məqalələri yayılıb.
NUHÇIXAN xəbər verir ki, Anadolu Agentliyi, “TRT HABER” kanalı, “Yeni akıt”, “Milliyyet”, “Sabah” qəzetlərində və digər kanallarda, qəzet və saytlarda yayılan materiallarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayətin səbəb və nəticələrindən bəhs olunur. Səfir 20 Yanvar hadisələrinin müstəqilliyə aparan yol olduğunu vurğulayıb.
Diplomat, həmçinin Azərbaycanda gedən inkişaf prosesləri, ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və s. məsələlər barədə də məlumat verib.