Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti parlament seçkiləri ərəfəsində seçki kampaniyasını və siyasi mühiti qiymətləndirmək üçün Azərbaycanda ikigünlük səfərdədir.
NUHÇIXAN xəbər verir ki, ölkəmizdə bir sıra görüşlər keçirəcək nümayəndə heyəti səfərdən sonra bəyanat yaymağı planlaşdırır. AŞPA nümayəndə heyəti tam şəkildə seçkiləri müşahidə etmək üçün Azərbaycana fevralın 9-da gələcək.