Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılması regionda iqtisadi inkişafa əngəl olur.
NUHÇIXAN xəbər verir ki, bu fikri Ukraynanın 106.1 FM radiosuna müsahibəsində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev söyləyib.
Səfir vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ədalətli həll edilsə, regionda iqtisadi göstəricilər mövcud vəziyyətdən 2-3 dəfə yaxşı olar.
20 Yanvar faciəsinə toxunan səfir vurğulayıb ki, ötən sərin 90-cı illərinin sonunda Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, Dağlıq Qarabağ bölgəsində separatçı siyasəti Azərbaycan xalqının kütləvi etirazlarına səbəb olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu dinc sakinlərə qarşı amansız cinayət törədib. Əslində bu, Mixail Qorbaçovun başçılıq etdiyi səriştəsiz sovet rəhbərliyinin Azərbaycan xalqının iradəsini qırmağa qərar verən xain bir hərəkəti idi. Bununla Azərbaycan xalqının azadlıq və ədalət əzmini sındırmaq istəyirdilər. Lakin əksinə, bu hadisə SSRİ-nin süqutunu tezləşdirdi.
A.Xudiyev müsahibəsində, həmçinin Azərbaycan iş adamlarının Ukraynaya investisiya yatırımından da söhbət açıb.