Terrorçuları qəhrəmanlaşdırmaq təcavüzkar Ermənistanın dövlət siyasətidir

A- A A+

Türkiyənin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Mehmet Baydar və onun müavini Bahadur Dəmirin erməni terrorçu Gurgen Yanikiyan tərəfindən vəhşicəsinə qətlə yetirilməsindən 47 il ötür.

NUHÇIXAN xəbər verir ki, bu qanlı hadisə ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında mərhum diplomatların xatirəsi yad edilib.

Qeyd edək ki, 1973-cü il yanvarın 27-də türkiyəli diplomatları güllələyən erməni terrorçu yerdə can verən diplomatların başına da atəş açıb. Törətdiyi cinayəti etiraf edən terrorçu G.Yanikiyan məhkəmə salonunda bu addımı digər ermənilər üçün örnək olaraq atdığını bildirib. ABŞ məhkəməsi onu siyasi terrorçu kimi mühakimə edərək ömürlük həbs cəzası ilə azadlıqdan məhrum edib.

Cari ilin may ayında mərhum Bahadur Dəmirin həyat yoldaşı, təqaüddə olan səfir Sina Baydur media vasitəsilə təcavüzkar Ermənistanın prezidentinə açıq məktub göndərib. O, məktubda erməni terrorçu G.Yanikiyanın nəşinin Yerevandakı hərbi məzarlıqda dəfn olunmasına etirazını bildirib.

Terrorçu G.Yanikiyanın nəşinin Yerevanda dəfn olunması ilə bağlı qərar bir daha təsdiq edib ki, terrorçuları qəhrəmanlaşdırmaq təcavüzkar Ermənistanın dövlət siyasətidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: