İsveçrənin Cenevrə şəhərində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Cenevrədə görüş başlayıb.
NUHÇIXAN XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın “Twitter” hesabına istinadla xəbər verir ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edirlər.